Sənaye

Sumqayıtda Rusiyanın sənaye parkı fəaliyyətə başlayacaq

Rusiyanın Sənaye və Ticarət Nazirliyi Azərbaycanda sənaye parkının 2025-ci ildə fəaliyyətə başlayacağına ümid edir.

Bu barədə Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Roman Çekuşov Daşkənddə keçirilən "İnnoprom. Mərkəzi Asiya" beynəlxalq sərgisi çərçivəsində TASS agentliyinə müsahibəsində bildirib.

"Bu il Sumqayıt şəhərində sənaye parkının istifadəyə veriləcəyinə ümid edirik. Bu, azərbaycanlı tərəfdaşlarımızla birgə layihənin ilk təcrübəsidir. Əminik ki, bu, Rusiya müəssisələri tərəfindən də tələb olunacaq".

Qeyd edək ki, Özbəkistanda birbaşa Rusiya şirkətləri tərəfindən idarə olunan iki sənaye parkı Çirçik və Cizzəx şəhərlərində fəaliyyət göstərir. Bundan əlavə, bu il daha iki sənaye parkının - Nəvai və Buxarada açılması planlaşdırılır. Daşkənd vilayətində də sənaye parkının yaradılması planlaşdırılır. Sənaye parkları Rusiya şirkətinin rəhbərliyi altında fəaliyyət göstərəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)