“PASHA Management Company”də YENİ TƏYİNAT

“PASHA Holding” MMC-nin strukturunda olan “PASHA Management Company” MMC-də yeni təyinat olub.
Məlumata görə, Fərid Cəfərov “PASHA Management Company” MMC-də Strategiya direktoru vəzifəsinə təyin olunub.
O, 2024-cü ilin yanvar ayından 2025-ci ilin aprel ayına kimi “PAŞA Holdinq” MMC-nin
Baş direktor müavininin müşaviri olub.
Fərid Cəfərov PMD Group MMC, Unibank və Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb.