Azərbaycanda 10 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar ayının yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 10-nun ödənişləri illik müqayisədə artıb, 10-nun ödənişləri azalıb, 1 şirkət - "Naxçıvan Sığorta" ASC isə həm bu ilin, həm də ötən ili yanvar ayında ödəniş etmədiyi üçün onun ödənişlərinin dinamikasını hesablamaq mümkün olmayıb.
"BI” xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət yanvarda 20 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 5 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “AXA MBASK" Sığorta Şirkəti ASC-dır. Bu şirkətin ödənişləri ötən ay 914 min manat təşkil edib ki, bu da illik müqayisədə 5,6% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Standard Insurance" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət ay ərzində 291 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 6,4% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Qala Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 92,1% azalaraq 257 min manata düşüb.