Hindistanda 18 hava limanı bağlanıb, 200-ə yaxın uçuş ləğv edilib

Cammu və Kəşmir bölgəsindəki Srinqar da daxil olmaqla Hindistanın ən azı 18 hava limanı bölgədəki vəziyyətlə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb, 200-ə yaxın uçuş ləğv edilib.
Bu barədə “Hindustan Times” qəzeti yazıb.
"Aviaşirkətlər müxtəlif hava limanlarına və bu aeroportlardan 200-dən çox reysi ləğv edib. Təkcə “IndiGo” aviaşirkəti 160 reysi ləğv edib", - nəşr mənbələrə istinadən bildirib.