BİZNES

Veysəloğlu Şirkətlər Qrupunda yeni təyinat olub

Şəhla Yusifzadə 2025-ci ilin mart ayında VŞQ-nin Baş İcraçı Direktorunun (CEO) Qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunub.

Məlumata görə, 2022-ci ilin oktyabr ayından Veysəloğlu Şirkətlər Qrupunda fəaliyyətə başlayan Şəhla Yusifzadə əvvəl Keyfiyyət Təminatı Departament müdiri, daha sonra Keyfiyyət Auditi Departament müdiri vəzifələrində çalışıb.

Şəhla Yusifzadə 1994-1998-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Qida məhsullarının texnologiyası” ixtisası üzrə bakalavr təhsili, 1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini elə həmin ixtisas üzrə magistratura pilləsində davam etdirib.

2019-2022-ci illər ərzində  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt regional bölməsində bir müddət rəis müavini, daha sonra isə  rəisi, Agentliyin Aparatında “Qida zəncirinə nəzarət və regional bölmələrlə iş” şöbəsində, Agentliyin Bakı regional İdarəsində “Qida təhlükəsizliyinə nəzarət” şöbəsinin müdiri vəzifələrində işləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)