Azərbaycanda mobil bankçılıq əməliyyatlarının ümumi məbləği 7 %-dən çox azalıb

Bu ilin I rübündə Azərbaycanda 13,732 milyard manatlıq mobil bankçılıq əməliyyatları aparılıb.
Mərkəzi Bankın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % azdır.
Bununla belə, son 1 ildə mobil bankçılıq əməliyyatlarının sayı isə 39,5 % artaraq 169 213-ə çatıb.
Bundan başqa, yanvar-mart aylarında ölkədə internet bançılıq əməliyyatlarının ümumi məbləği 6,8 % artaraq 63,296 milyard manata, sayı isə 28,7 % artaraq 5 978-ə çatıb.