TURİZM

Azərbaycan mehmanxanalarının gəlirləri 12 % artıb

Bu ilin I rübündə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 125,1 milyon manat olub.

 Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bunun 58,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,0 faizi ictimai iaşə xidmətlərindən, 3,1 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. 

Yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olmuşdur (1 il bundan əvvəl 17,8 faiz). Bu göstərici Şabranda 68,2 faiz, Qusarda 43,5 faiz, Naftalanda 31,2 faiz, Bakıda 28,0 faiz, Sabirabadda 27,2 faiz, Qəbələdə 24,5 faiz, Bərdədə 19,7 faiz, Ağdamda 19,2 faiz, Şamaxıda 16,4 faiz, Ağstafada 16,3 faiz, Beyləqanda 15,7 faiz, Lənkəranda 15,6 faiz, Qubada 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağı olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)