Aqrar

“Aqrarkredit”də Məmməd Musayevi əvəzləyəcək şəxs açıqlandı

15 aprel 2025-ci il tarixində “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib.

İndiyə qədər “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olan Məmməd Musayev vəzifəsindən gedir.

Bu barədə 15 aprel 2025-ci il tarixində “Aqrarkredit”in Səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Yığıncaqda QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilib. Yığıncağın qərarına əsasən İlham Kələşov, Rəcəb Hüseynov və Cahid Quluzadə İdarə Heyətinə yeni üzvlər seçiliblər.

Eyni zamanda, İ.Kələşov İdarə Heyəti sədrinin birinci müavini və sədrin səlahiyyətlərinin müvəqqəti icraçısı, R.Hüseynov isə sədr müavini təyin olunublar.

İ.Kələşov indiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) İpoteka kreditləşməsi üzrə direktoru vəzifəsində çalışırdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)