"AccessBank" I rübün maliyyə hesabatını açıqlayıb

Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan "AccessBank" QSC bu ilin I rübünün yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.
Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61
Bank rüb ərzində 10 milyon manat xalis mənfəət əldə edib.
Son 1 ildə onun aktivləri 14,7 % və yaxud 202 milyon manat artaraq 1,6 milyard manata çatıb.
Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki,
kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 14,6 % və yaxud 150,7 milyon manat artıb və hesabat dövrünün sonuna 1 milyard 186,2 milyon manat təşkil edib.
- Kredit portfelinin 77,9 %-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 924,2 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 15,3 % və yaxud 122,7 milyon manat artıb.
- Depozit portfeli 1 milyard manatdan çox olmaqla hesabat dövrünün sonuna 1 milyard 60, milyon manat təşkil edib.
"AccessBank" hesabat dövründə beynəlxalq nüfuzlu xarici kreditorlardan 15,5 milyon manat ekvivalentində kredit cəlb edib, nəticədə beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlər 132,3 milyon manata çatıb.
- Eyni zamanda, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 8 milyon ABŞ dolları həcmində subordinasiya borc öhdəliyi cəlb olunub. Beləliklə, subordinasiya olunmuş borc öhdəliyi 35,6 milyon manata yüksəlib.
I rübdə Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 31 % və yaxud 48,3 milyon artaraq 203,8 milyon manata yüksəlib ki, bu da requlyativ tələbdən 4,1 dəfə çoxdur. Artımın əsas drayveri generasiya edilən mənfəət və xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.
- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1 % artaraq 59 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 3 milyon manat artaraq 36,2 milyon manat təşkil edir.
Qeyri-faiz gəlirləri 3,6 milyon manat olub.
Xalis əməliyyat mənfəəti isə 16,4 milyon manat təşkil edib.
Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 83,1% təşkil edir ki, bu da Azərbaycan Mərkəzi Bankının (AMB) tələb etdiyi minimum normadan 2,8 dəfə yüksəkdir.
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank AMB-nin verdiyi 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 3 ünvanında yerləşir.