BİZNES

Çin və Avropa iqtisadi və ticarət əməkdaşlığını gücləndirməyə çalışır

Çin və Avropa İttifaqı ABŞ-ın rüsumlarına cavab olaraq iqtisadi və ticarət əməkdaşlığı gücləndirmək barədə fikir mübadiləsi aparıb.

Çin Ticarət Nazirliyinin bəyanatına görə, çərşənbə axşamı Çinin ticarət naziri Vanq Ventao və Avropa İttifaqının ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maros Şefçoviç ticarət tədbirləri ilə bağlı danışıqları bərpa etməyi və elektrikli avtomobillərin qiymət öhdəlikləri üzrə dərhal danışıqlara başlamağı müzakirə ediblər.

Görüş ABŞ prezidenti Donald Trampın Çinə tətbiq etdiyi əlavə rüsumların qüvvəyə minməsindən bir qədər əvvəl baş tutub.

Çərşənbə günü Tramp sürpriz bir açıqlama verərək, onlarla ölkəyə tətbiq etdiyi yüksək tarifləri müvəqqəti olaraq aşağı salacağını bildirib. Lakin o, dünyanın ikinci ən böyük iqtisadiyyatına tarifləri 125 faizə qaldıracağı ilə hədələyərək Çinə təzyiqi artırıb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)