Birjalarda neft sürətlə ucuzlaşmağa başlayıb - SON QİYMƏT

Dünya birjalarında neftin qiyməti azalıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,95 dollar və ya 3,41% azalaraq 55,31 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,30 dollar və ya 3,43% azalaraq 64,82 dollar təşkil edib.