"Yapı Kredi Bank Azərbaycan"ın İdarə Heyətinə - SƏDR TƏYİN OLUNDU

“Yapı Kredi Bank Azərbaycan” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Bu vəzifə Mete Şamil Öztürkə həvalə edilib.
Qeyd edək ki, Mete Şamil Öztürk Anadolu Universitetini bitirib. Bank fəaliyyətinə KoçBank-da başlayıb.
2005-ci ildən Yapı Kredi Bankda çalışır və artıq 9 ildir ki, bu bankda müxtəlif vəzifələrdə işləyir.