Sosial iqtisadiyyat

Sosial müavinətlərin artımla veriləcəyi tarix - AÇIQLANDI

Azərbaycanda sosial müavinətlərin artırılması baş verdi və bu artımları icra etmək üçün büdcədən əlavə 300 milyondan çox vəsait ayrılacaq və bu, 577 min vətəndaşı əhatə edəcək. 

"Businessinsider.az" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirdi ki, 1 aprel tarixindən yeni sosial müavinətlər qüvvədə olacaq. 

Ümumilikdə isə müavinətlər üzrə paketin dəyəri 2 dəfə artacaq. Nazirin sözlərinə görə, 1-ci qrup əlilliyi olan müharibə veteranlarının aylıq gəlirləri 450 manat olacaq. 2-ci qrup əlilliyi olan müharibə veteranlarının müavinət və təqaüdü birlikdə 360 manat,  3-cü qruplar üzrə  320 manat olacaq. Sağlamlıq imkanı məhdud olan hər bir uşaq üçün müavinətin cəmi isə 200 manata çatacaq. 

"Əlilliyi olanlarla bağlı maliyyə paketimiz 300 milyon manat hesablanıb.Ümumi səbəbdən əlilliyi olanların əldə edəcəyi məbləğ ciddi şəkildə artacaq". S.Babayev qeyd etdi ki, ailə başsını itirməyə görə müavinət 40 min vətəndaşı əhatə edir və hər bir şəxs aylıq 80 manat alacaq. 
9 min vətəndaşın ailəsində  5-dən çox uşaq var və onlara verilən müavinət 33 manatdan 55 manata çatdı. 

"Bu il 80 minə yaxın insana 200 manat məbləğində birdəfəlik uşaq pulları veriləcək.Əksər müavinətlər 100 faiz qaldırılıb. Bu o deməkdir ki, 577 min insanımızın gəlirləri iki dəfə artacaq. Fevral ayında verilən son 3 qərarla 1 miyon 500 mindən artıq insanın sosial müdafiəsi gücləndirildi. Nəzərə alaq ki, 577 min insanın 256 mini əlilliyi olan insanlardır. Onların aylıq  gəlirlərinin 300-450 manata qaldırılması mühüm əhəmiyyət daşıyır", deyə nazir vurğuladı.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department