Azərbaycan Rusiyaya qeyri-neft-qaz ixracını 7 %-dən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycan Rusiyaya 81,1 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın fevral sayında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.
Son 1 ildə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 21,9 % azalaraq 37,1 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 5,6 % artaraq 26,5 milyon ABŞ dolları olub.
Ötən ay Azərbaycan həmçinin İsveçrəyə 22,2 milyon ABŞ dolları, Ukraynaya isə 21,8 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.