Bank

“Rabitəbank”dan Palataya - TƏYİNAT

Maliyyə Bazarlarına Nəzarət palatasının İdarə Heyətinə yeni müşavir təyin olunub.

"BIBanker.az-a istinadən xəbər verir ki, Rəşad Ağayev bu vəzifəyə təyin olunub. R.Ağayev vəzifəsinin icrasına geridə qoyduğumuz yanvardan başlayıb.

Bundan öncə, Rəşad Ağayev “Rabitəbank” ASC-nin Kart Biznesi Departamentinin direktoru vəzifəsində çalışıb. O, “Rabitəbank” komandasına öncələr çalışdığı “Dəmirbank” ASC-dən gəlib. Belə ki, ötən il “Dəmirbank” bağlandıqdan 2 ay sonra, 2018-ci ilin fevral ayında qoşulub.

Xatırladaq ki, R.Ağayev “Kapital Bank”, “AFB Bank”, “Azərbaycan Sənaye Bankı” və bağlanmış “Bank of Azərbaycan” kimi yerlərdə müxtəlif vəzifələrdə çalışıb.


 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)