Sosial iqtisadiyyat

Əmək müqavilələrinin sayı artır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbir nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 458.110 vahid artıb.

ENA.az xəbər verir ki, 2025-ci il fevral ayının 1-nə 1.860.025 olub.

Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 430.225 vahid artaraq 970.147 təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)