MALİYYƏ

Qazaxıstan ilk dəfə Azərbaycan ərazisindən ABŞ-yə qeyri-xammal yükü göndərib

“Qazaxıstan Dəmir Yolları” (KTZ) ilk dəfə ABŞ-yə qeyri-xammal məhsulları ixrac edib.

Bu barədə KTZ-nin mətbuat xidmətindən məlumat  verilir.

"Bu layihənin həyata keçirilməsi Qazaxıstan ixracı üçün yeni perspektivlər açır və ölkənin ticarət-logistika imkanlarını genişləndirir", - şirkətin məlumatında bildirilib.

Qazaxıstanda bu marşrut Almatı şəhərindən başlayıb. Yük Aktau limanından (Qazaxıstan) keçərək, gəmiyə yüklənib və dəniz yolu ilə Ələt limanına (Azərbaycan) çatdırılıb.

Oradan yük dəmir yolu nəqliyyatı ilə Poti limanına (Gürcüstan) göndərilib, burada yenidən gəmiyə yüklənərək dəniz yolu ilə son təyinat məntəqəsi olan Hyustona (ABŞ) çatdırılıb. Qazaxıstandan ABŞ-yə multimodal xidmətin müddəti 68 gün təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)