Bank

Azərbaycan banklarının xarici borcu azalıb

Azərbaycan banklarının xarici borcu azalıb. ENA.az xəbər verir ki, 2024-cü ilin sonuna xarici öhdəliklər 2 milyard 577 milyon manat olub. Bir il əvvəl isə 2 milyard 598 milyon manat idi. Göründüyü kimi, 2024-cü il ərzində kommersiya banklarının xarici borcu 21 milyon manat kiçilib.   

Azərbaycan banklarının xalis xarici aktivləri isə 2 milyard 784 milyon manatdır. Bu ötən ilin sonu ilə 112 milyon manat çoxdur. 2024-cü ilin sonuna məcmu xarici aktivlər 6 milyard 571 milyon manata çatıb, bir il əvvəl isə bu göstərici 6 milyard 282 milyon manat idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)