ABB səhmləri 3,57 faiz bahalaşıb

Azərbaycan Beynəlxalq Bankının səhmləri 3,57 faiz bahalaşıb. ENA.az xəbər verir ki, bugünə səhmlər Bakı Fond Birjasında 28 qəpikdən ticarət edilir.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının səhmlərinin nominal qiyməti 27 qəpikdir və keçən il səhmlər kütləvi satışa çıxarılıb. Bu ilin yanvar ayının 7-dən 17-dək səhmlərin qiyməti 26 qəpiyə düşüb. Sonrakı müddətdə 27 qəpiyədək qalxıb.
Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli müvafiq Sərəncamı əsasında dövlət müəssisələrinə özəl investisiyaların cəlb olunması məqsədilə ABB kütləvi səhm emissiya edib.
ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin səhmdarlarının sayı 1794 nəfərdən 35 105 nəfərə qədər artıb.