BİZNES

“eManat”ın rəhbəri dəyişdi

Azərbaycanda lisenziyalı fəaliyyətdə olan “eManat” və ya hüquqi adı ilə “Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru dəyişib.

Məlumata görə, Rafin Bayramov elektron pul təşkilatının baş icraçı direktoru təyin edilib.

O bu vəzifədə Ruslan Talıbov Qanboy oğlunu əvəz edib.

Rafin Bayramov 2014-cü ildən bu “Modenis” MMC-nin direktor müavini idi. Bayramov 2004-2010-cu illərdə “Neftçi FK”da maliyyə direktoru, 2010-2013-cü illərdə isə “Modern Hospitaliti” MMC-də direktor müavini kimi işləyib.

Xatırladaq ki, “Modenis” MMC 2012-ci ildə təsis edilib və onun 5.39 mln. manat üzərində nizamnamə kapitalı var. Şirkət “Modern Şirkətlər Qrupuna” daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)