Dünya birjalarında NEFTİN QİYMƏTİ (17.02.2025)

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin aprel müqaviləsinin dəyəri 0,08% artaraq 1 barelə görə 74,8 ABŞ dolları təşkil edib.
ENA.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,04% artaraq 1 barelə görə 70,74 ABŞ dollarına bərabər olub.