Vergilərin fiskal yığımlarda payı 77% olub
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə toplanmış fiskal yığımlar 22,8 milyard manat təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, bununla da rəhbərlik etdiyi qurumun bütün fiskal yığımlardakı payı 77 %-ə çatıb.
"Ötən il vergi orqanlarının xətti ilə büdcə daxilolmaları 15,8 milyard manatdan çox olub", - deyə o qeyd edib.
Bundan başqa, onun sözlərinə görə, 2019-cu illə müqayisədə ölkədə aktiv vergi ödəyicilərinin sayı 1,8 dəfə artaraq 800 mini keçib.