Vergi Xidmətinin rəisi: "Azərbaycanda 120 mindən çox hüquqi şəxs var"
![](https://ena.az/uploads/news/2025-02/_ena_ebaac05c8890152728e59b10a_o.jpg)
Hazırda Azərbaycanda 120 mindən çox hüquqi şəxs fəaliyyət göstərir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin sözlərinə görə, bu göstərici vergi ödəyicilərinin sabit inkişaf edən hissəsini əhatə edir: "Son illərdə ölkədə 100 mindən artıq elektron kassa aparatı quraşdırılıb və bu e-kassalar üzrə 2024-cü ildə dövriyyə 24,5 milyard manatdan çox olub.
“Əsas strateji hədəfimiz vergi idarəçiliyində şəffaflığı, ədalətliliyi və effektivliyi artırmaqdır. Bunu rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi ilə təmin edirik. Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətləri daha da asanlaşdırmaq, vergi yığımını sürətləndirmək, vergilərin düzgün və vaxtında ödənilməsini təmin etmək əsas prioritetlərimizdəndir”, - deyə o vurğulayıb.