Birja

Tramp administrasiyasından güclü dollar gözləntisi

ABŞ Maliyyə naziri Scott Bessent, ABŞ-ın Prezident Donald Tramp dövründə "güclü dollar" siyasətini davam etdirdiyini ifadə edərək, "Biz dolların güclü olmasını istəyirik. İstəmədiyimiz şey onun digər ölkələrin valyutalarını zəiflətməsi və onların ticarətini manipulyasiya etməsidir" deyib.

Borclanma tendensiyasının azalmasından məmnunluğunu ifadə edən Bessent, yaxın gələcəkdə xəzinə emissiyasının həcmində hər hansı bir dəyişiklik olacağını düşünmədiyini bildirib.

Bessent, Tramp administrasiyasının FED-in faizləri endirib-indirməyəcəyinə deyil, 10 illik xəzinə istiqrazlarının faizini azaltmağa yönəlmiş siyasət addımlarına fokuslandığını vurğulayıb.

Bessent, FED sədri Jerome Powell ilə ilk konstruktiv görüş keçirdiyini və pul siyasətinə gəldikdə, Powellin "doğru şeyi" edəcəyinə əmin olduğunu söyləyib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)