Afiq Səfərov 12 il çalışdığı "Azərsun"dan ayrılmasının səbəbini açıqladı
12 ildir “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial xidmətlər Departamentinin rəhbəri olan Afiq Səfərov tutduğu vəzifədən ayrılıb. Bundan sonra departamentə Kazım Babayev rəhbərlik edəcəkdir.
“Azərsun Holdinq”dən ayrıldığını təsdiq edən Afiq Səfərov bildirdi ki, işdən təşəkkürnamə ilə ayrılıb. O, artıq öz şəxsi biznesini genişləndirməyin vaxtını çatdığını, bu səbəbdən “Azərsun Holdinq”dən ayrıldığını bildirdi:
“Abdoolbari Goozal dünənə qədər şirkətdə rəhbərim idisə, bundan sonra da böyüyüm, ağsaqqalım, hörmət bəslədiyim insan olaraq qalacaqdır. “Azərsun”dan getmək “Azərsun”lu olmamaq demək deyil. “Azərsun Holdinq” Azərbaycana böyük töhfələr vermiş şirkətdir. Mən də xoşbəxtəm ki, 12 il “Azərsun” ailəsində çalışmışam. Bundan sonra dövlətmizin yaratdığı imkanlardan faydalanaraq öz şəxsi biznesimi inkişaf etdirməyi fikirləşirəm. Fəaliyyətim həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda olacaqdır. Ökədə həyata keçirilən islahatlara paralel olaraq “Azərsun Holdinq”də də islahatlar aparılır. “Azərsun”a uğurlar arzulayıram. Bundan sonra da holdinqin yanında olacam və lazım gələrsə dəstəyimi əsirgəməyəcəm. “Azərsun” mənə doğma ocaqdır, bu şirkətdə çox dəyərli insanlar çalışır.Bu kollektiv Azərbaycanın bir sərvətidir”.