Azərbaycanın bank sektorunda xalis mənfəət 2024-cü ildə də 1 milyard manatdan yüksək olub
2024-cü il ərzində Azərbaycandakı banklar tərəfindən 1 milyard 44.3 milyon manat xalis mənfəət, 1 milyard 663.2 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilmişdir.
ENA.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik Bülleten Dekabr 2024" buraxılşında bildirilir.
2023-cü ildə banklar 1 milyard 76.4 milyon manat xalis mənfəət, 1 milyard 641.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişdilər. 2023-cü il ərzində banklar tərəfindən ümumilikdə 308.2 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdiki, bu da 2022-ci illəmüqayisədə 18% və ya 46.7 milyon manat daha çox idi.
Beləliklə, ötən il bank sektorunda xalis mənfəət 32,1 milyon manat və ya 3% azalıb.