Trampın nümayəndəsi: Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır

Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır.
ENA.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
O bildirib ki, yalnız Ukraynaya kömək etməklə Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olmaz: “Biz neftin qiymətini bir barel üçün 45 dollara endirməliyik”.
Xüsusi nümayəndənin fikrincə, Rusiya neft sənayəsi ilə bağlı daha sərt tədbirlər görülməlidir: “Rusiya neft satışından milyardlarla dollar qazanır. Bəs qiyməti barel üçün 45 dollara endirsək necə olacaq?”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 23-də ölkəsinin neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib.