Bank

ARDNF-in icraçı direktoru: "Rusiyanın "VTB Bank"ı 2021-ci ildən dividend ödəmir"

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhmdarı olduğu Rusiyanın "VTB Bank"ı 2021-ci ildən etibarən dividend ödəmir.

Bunu müsahibəsində Fondun icraçı direktoru İsrafil Məmmədov bildirib.

"Bildiyiniz kimi, 2012-ci ildən ARDNF investisiya portfelinin diversifikasiyası məqsədilə səhmlərə investisiyalara başlayıb. Bu çərçivədə, qeyd etdiyiniz kimi, 2013-cü ildə Rusiyanın ən iri maliyyə və sistem əhəmiyyətli qurumlarından biri, aktivlərinin məbləği 26 trilyon rubla yaxın (Rusiya bazarında 2-cidir) olan "VTB Bank"ın 3 % səhmləri əldə edilib. Bildirmək istərdik ki, yaxın gələcəkdə "VTB Bank"a əlavə sərmayə qoyuluşu nəzərdə tutulmayıb. Dividendlərə gəldikdə isə, “VTB Bank”a investisiya edilən tarixdən etibarən Fonda 3,9 milyard rus rublu dividend ödənilib. Xüsusilə qeyd etmək istərdim ki, 2021-ci ildən etibarən "VTB Bank"ın daxili dividend siyasətinə əsasən dividend ödənişləri həyata keçirilməyib", - deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)