Qarabağ

Ermənistan Azərbaycana sülh danışıqları üzrə təkliflər göndərib

Sülh danışıqları, delimitasiya və digər məsələlər üzrə sülh gündəliyi Ermənistan üçün prioritetdir.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib

“Biz Azərbaycana təkliflər göndərmişik (sülh danışıqları layihəsi üzrə) və Azərbaycanın reaksiyasını gözləyirik. Təkliflər tərəflərin hələlik yekun razılığa gələ bilmədiyi iki maddəni əhatə edir. Bu maddələr barədə açıq danışmışıq. Ümid edirəm ki, həll yollarını tapacağıq”, – Qriqoryan qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)