ENA+

"Azərbaycandakı kimi yaşayacaqlarsa, bura gəlməsinlər" - AZƏRBAYCANLI BİZNESMEN

"Amerikaya 24 yaşında gəlmişəm. Təzə gələndə Vaşinqton hava limanında təsadüfən bir yaşlı amerikalı ilə eyni skamyada oturmuşduq. Yeni gəldiyimi bilib bır neçə məsləhət verdi. Onlardan biri bu idi: - Amerika elə bil insanla dolu bir otaqdır. Burada hamı dayanmadan yumruq atır. Gərək sən də o otağa girəndən çıxanadək yumruq atasan ki, zərbələrdən yıxılmayasan. Bır də addım-addmı getməyə çalış. Sonda görəcəksən ki, artıq yüyürürsən. Nə edirsən elə. ancaq təslim olma".

"Businessinsider.az" xəbər verir ki, ABŞ-da Azərbaycanlı iş adamı Pənah İbrahimov 1985-ci ildə Şuşa şəhərində dünyaya gəlib. 2002-ci ildə orta təhsilini Bakıda başa vurub. Həmin il Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə qəbul olunub. 2006-cı ildə orada iqtisadçı ixtisasına yiyələnib. Üç il müxtəlif maliyyə qurumunda, sığorta şirkətlərində çalışıb. 2009-cu ildə ABŞ-a, Vaşinqtona gəlib. 2009-2011-ci illərdə Strayer Universitetində biznesin idarə edilməsi üzrə təhsil alaraq magistr dərəcəsinə yüksəlib. (MBA). Böyüdüyü ailə imkanlı deyil - atası Sadiq İbrahimov Şuşa Musiqi Kollecində müəllim işləyir.

2010-cu ildə mebel və təmir tikinti işləri ilə məşğul olan iki şirkət açıb. 2013-cü ildə şirkətləri birləşdirərək "FACE" şirkətlər qrupunu yaradıb. Şirkət indiyədək Vaşinqton, Merilend və Virciniya ştatlarında neçə-neçə 32 və 54 mənzilli 6 mərtəbəli binalar, eləcə də 70-dən yuxarı fərdi evlər tikərək təhvil verib. 200-ə yaxın işçisi var.

Deyir ki, "ABŞ-a gəlmək istəyən gənclərə bir tövsiyəm var: Əgər Azərbaycandakı həyat tərzini burada da davam etdirmək niyyətindədilərsə, gəlməsinlər. İnsan yüksək bir dağ zirvəsinə qalxmamışdan əvvəl özünü necə səfərbər edirsə, gələrkən burada qarşılaşa biləcəkləri bütün çətinliklərə hazır olmalıdırlar".


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)