Ardıcıl 7 gün dərs olmayacaq

Yanvarın 27-dən Azərbaycanda məktəblərdə qış tətili başlayır.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
5 günlük məktəblərdə ilk dərs günü fevralın 3-də, 6 günlük məktəblərdə isə fevralın 1-də başlayacaq.
Bu qərar ümumi təhsil müəssisələrinin hazırlıq qruplarına da şamil edilir.