Bank

Azərbaycanda sistem əhəmiyyətli banklarla bağlı meyarlar təkmilləşdirilir

Azərbaycan Mərkəzi Bankı (AMB) sistem əhəmiyyətli banklarla bağlı meyarları təkmilləşdirir.

Bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

“Hazırda həmin meyarlara yenidən baxırıq. Bu məsələ ilə bağlı iş demək olar ki, başa çatıb. Yeni meyarlar aidiyyəti qurumlarla razılaşdırılır. Bundan sonra, hər ilin nəticələrinə görə sistem əhəmiyyətli bankları asanlıqla müəyyən etmək mümkün olacaq”, – deyə o qeyd edib.

AMB sədrinin müavini Toğrul Əliyev isə bildirib ki, sistem əhəmiyyətli banklarla bağlı meyarların təkmilləşdirilməsi beynəlxalq təcrübəyə və yerli bank sektorunun spesifikasına uyğun olaraq həyata keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)