Gündəm

Tramp doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdırıb

ABŞ-nin yeni prezidenti Donald Tramp bazar ertəsi doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdıran fərman imzalayıb. Trampın mətbuat xidmətinin aydınlaşdırdığı kimi, bu, “anadangəlmə vətəndaşlığın verilməsinə xitam verilməsi” ilə bağlı sərəncamdır. Sənədin mətni hələ dərc edilməyib.

“Reuters”in məlumatına görə, sərəncamda qeyri-qanuni mühacirlərin uşaqlarına doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsinə məhdudiyyətlər daxildir.

2024-cü ilin dekabr ayının sonlarında “CNN” mənbələrə istinadən xəbər verib ki, Trampın komandası doğum hüququ ilə vətəndaşlığın verilməsinə son qoymaq üçün müxtəlif variantları nəzərdən keçirir.

Nəşr qeyd edib ki, respublikaçılar “doğum turizmi” ilə mübarizə üçün turist vizalarının verilməsi qaydalarının sərtləşdirilməsini istisna etmir.

Daha əvvəl Tramp bildirib ki, o, uşaqlara anadangəlmə ABŞ vətəndaşlığının verilməsini absurd hesab edir və bu təcrübəyə son qoymağı planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)