İşdən çıxarılan icra başçısına PA-da vəzifə verildi
Bu yaxınlarda Prezidentin Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədova yüksək vəzifə verilib.
"Businessinsider.az" xəbər verir ki, Razim Məmmədov bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 52 yaşlı Razim Məmmədov Prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. İcra başçısı olduğu dövrlərdə Razim Məmmədov daim sakinlərin böyük narazılıqları ilə tez-tez gündəmə gəlib. Hətta, onun adı bir çox biznes məsələlərində hallanıb.