Birja

Bitcoin 102 min dollardan yuxarı oldu

Bitkoin 102 714 dollara yüksəldikdən sonra 0,17 faiz artımla 101 902 dollardan ticarət olunur.

CryptosRus-un qurucusu George Tung, artımı Wall Street-in ilin sonunda mənfəət götürməsi, vergilər və portfellərin yenidən balanslaşdırılmasından sonra bazarda artan həvəslə əlaqələndirdi. O, bu ayın sonunda and içəcək prezident Trump-ın gözlənilən kriptovalyuta siyasətinin təsirini də vurğuladı.

"Əsas olaraq, bitcoin üçün heç bir şey dəyişmədi və 2025-ci il yenidən FOMO ilə başlayır" deyən Tung, həmçinin keçən cümə günü Bitcoin-ə olan inamın yenidən artdığını vurğuladı. 

Bitcoin-in 2025-ci ildə yeni zirvələrə çatacağını söyləyən Tung, "Hər dövrədə Bitcoin-in bəzən yüzdə 30-a qədər yüksəldiyini və azaldığını görürük. Bu, indiyə qədər sakit bir dövr idi, lakin daha çox volatillik və konsolidasiya nöqtələri gözlənilir" dedi.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)