Vakansiyalar

Mühasib işləmək istəyənlərin nəzərinə - İŞ VAR

Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Bölgələrdən sənədlərin təhvili, transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin  kontrolu və sistemə işlənilməsi.

Vəzifə öhdəlikləri:

- Mühasibat hesablarının  müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərin və s. hesabı) yerinə yetirmək;
- Bölgələrdən sənədlərin təhvili;
- Transfer, ləğv etmə, alış, qaytarma və kassa sənədlərinin  kontrolu və sistemə işlənilməsi.

Tələblər:

- Vergi uçotu sahəsində biliklər;
- Micro proqram biliyi arzuolunandır.

Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Mühasib” yazıb CV göndərməklə müraciət edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department