Yelo Bank Şamaxıda şəhid və qazi ailələrini ziyarət edib
Yelo Bank-ın növbəti sosial məsuliyyət layihəsi çərçivəsində Bankın əməkdaşları Şamaxı şəhərində şəhid ailələrini və qaziləri ziyarət etdilər. Layihənin məqsədi onları təkcə bayram sovqatları ilə sevindirmək deyil, həm də bayramqabağı mənəvi dəstək göstərərək onların yanında olmaq idi.
Ziyarət zamanı komanda hər ailə tərəfindən isti qarşılandı və səmimi görüşlər oldu. Ailələrin dediyi "Şəhid qapısı hər zaman ziyarətə açıqdır" ortaq cümləsi həm komanda üzvlərini duyğulandırdı, həm də bu cür təşəbbüslərin nə qədər dəyərli olduğunu göstərdi.
Yelo Bank hər zaman ölkəmizdə korporativ sosial məsuliyyət layihələrinin dəstəkçisi və təşəbbüskarıdır. Bank bundan sonra da hər zaman dəyərlərimizi qorumaq və cəmiyyətimizin rifahı üçün səylərini davam etdirəcək.
Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!