Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri artıb
Bu ilin yanvar-noyabr aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 2 milyard 498,8 milyon manatlıq əməliyyat aparıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın dekabr buraxılışında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,5 % çoxdur.
Təkcə noyabrda isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 259,1 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 42,5 % çoxdur.