Banklar 11 ayda əhaliyə 813 milyon manat depozit faizləri ödəyiblər
Azərbaycandakı banklar 2024-cü ilin yanvar-noyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 813.4 milyon manatlıq faiz ödəyiblər.
ENA.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 276.9 milyon manat və ya 52% artıb.
2023-cü ilin ilk 11 ayında banklar 536.5 milyon manatlıq depozit faizləri ödəmişdilər.