“Bakı Sığorta”nın lisenziyası ləğv edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta" ASC-nin lisenziyasını ləğv edib.
ENA.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə "Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında “Bakı Sığorta”ya verilmiş 4 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv olunub.
Şirkətin maliyyə göstəriciləri onun öhdəliklərini tam və vaxtında icra etməyə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi qanunvericilik çərçivəsində nəzarətdə saxlanılacaq.
Bununla da, Azərbaycanda lisenziyası olan sığorta şirkətlərinin sayı 16-ya düşüb.