Qarabağ

Sülh müqaviləsi layihəsinin 15 maddəsi razılaşdırılıb - Ceyhun Bayramov

Ermənistanla sülh müqaviləsi layihəsi 17 maddədən ibarətdir, artıq 15 maddə razılaşdırılıb.

ENA.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, 2 maddə ilə bağlı işlər isə davam edir.

Nazir qeyd edib ki, postmünaqişə dövründə Azərbaycan və Ermənistan sülh danışıqlarını və mətn üzrə mübadilələri davam etdiriblər.

"Bu il ən böyük tədbir - COP-29-a ev sahibliyi etmişik və burada çox mühüm qərarlar qəbul edilib", - nazir əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)