Bank

Bank Respublika-nın rəhbərliyinə təyinat olub

“Bank Respublika” ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Məlumata görə, Şavkat Akmalov (Shavkat Akmalov Mainhardt) Müşahidə Şurasının müstəqil üzvü seçilib.

Şavkat Akmalov 2004-cü ildə Daşkənd Maliyyə İnstitutunda “Maliyyə xidməti” ixtisası üzrə bakalavr dərəcəsi almışdır.

Bununla da Müşahidə Şurasının ümumi tərkibi 6 şəxsə yüksəlib. Hazırda Şakir Rəhimov bankın nəzarətçi orqanına rəhbərlik edir.

O, 2006-cı ildə Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunda “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə magistr dərəcəsi alıb.

2021-ci ildə Oksford Biznes Məktəbində “İcraedici Liderlik” kurslarını bitirib.

Xatırladaq ki, “Bank Respublika” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 73.461 milyon manatdır. Bankın səhmlərinin 51.15%-i Natiq Quliyevə (Müşahidə Şurasının üzvü), 16.6%-i Almaniyanın DEG İnvestisiya və İnkişaf Korporasiyasına, 15.06%-i Elçin Quliyevə (Müşahidə Şurasının üzvü), 7.41%-i Namiq Quliyevə, 5.45%-i Şakir Rəhimova (Müşahidə Şurasının sədri), 4.25%-i Almaniyanın “Sparkassen International Development Trust” şirkətinə, 0.08%-i isə adları açıqlanmayan fiziki və hüquqi şəxslərə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)