TURİZM

Türkiyənin bəzi otellərinin təklif etdiyi "all inclusive 2.0" formatı nədir?

Türkiyədə turistlər arasında populyar olan "hər şey daxil" sistemini “davamlı inkişaf” (bütün dünyada dəbdə olan tendensiya, o cümlədən qida tullantılarının miqdarının azaldılması, ətraf mühitin qorunması) məqsədləri ilə necə birləşdirmək mövzusu gündəmdən düşmür. 

Turizmguncel.com nəşri Marti Hotels Group-un İdarə Heyətinin sədr müavini Əmrə Narinin fikrinə istinadən xəbər verir ki, otelçi "all inclusive" populyar xidmət modelindən tam imtinanı düzgün hesab etmir və onu yenidən formatlaşdırmağı təklif edir.

“Bufetdə 100 növ yemək əvəzinə 50, lakin daha keyfiyyətli yeməklər var. İçki seçimi də azaldıla bilər", türk sahibkar "all inclusive 2.0" formatını belə görür. O, "Müştərilərimiz buna hazırdır", - deyir.
Hər şey daxil modelinin modernləşdirilməsi və hətta ondan imtina mövzusu Türkiyə turizm sənayesi tərəfindən getdikcə daha çox gündəmə gətirilir. Bu yaxınlarda bu formatın əleyhdarlarının başqa bir arqumenti ortaya çıxdı: "hər şey daxil -formatı turistləri piylənmə ilə təhdid edir".
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)