"Bank Respublika" işçi axtarır - VAKANSİYA
“Bank Respublika” ASC «Partnyorlarla iş üzrə mütəxəssis» vəzifəsi üzrə vakansiyalar elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Potensial partnyor ola biləcək şirkətlərin araşdırılması və əlaqələrin qurulması;
• Partnyorluq danışıqlarının aparılması və bank məhsullarının təqdimatı;
• Əməkdaşlıq üzrə sənədləşmənin həyata keçirilməsi;
• Partnyor şəbəkəsi üzrə statistik təhlilərin aparılması və hesabatların hazırlanması;
• Mövcud partnyorlarla mütəmadi əlaqələrin davam etdirilməsi və kampaniyaların həyata keçirilməsi.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla);
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Təcrübə: müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzu olunandır;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 oktyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində «Partnyorlarla iş üzrə mütəxəssis» qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.