Dünyada silah satışları artıb: Ən böyük artım 3 İsrail şirkətinin payına düşür
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına görə, dünyanın 100 ən böyük müdafiə sənayesi istehsalçısı 2023-cü ildə silah satışlarını 4,2 faiz artıraraq 632 milyard dollara çatdırıb.
Hesabat siyahısında yer alan ABŞ istehsalçılarının satışlarını bir əvvəlki ilə görə yüzdə 2,5 artıraraq 317 milyard dollara çatdığını açıqlayıb.
Artım, işçi qüvvəsi çatışmazlığı, təchizat zəncirinin pozulması və artan xərclər səbəbindən 2022-ci ildə silah satışlarının 3,5 faiz azalmasından sonra baş verir.
Avropadakı 27 şirkətin (Rusiya istisna olmaqla) ümumi silah gəlirləri 2023-cü ildə 133 milyard dollara çatıb. Bu, 2022-ci illə müqayisədə 0,2 faiz artım deməkdir. Bu, ən kiçik regional artım idi. Bununla belə, Avropa silah şirkətlərinin gəlirləri 2023-cü ildə əsasən köhnə müqavilələr üzərində işlədikləri üçün sifariş axınını tam əks etdirmir.
İlk 100-lükdə yer alan üç İsrailli şirkətin silah gəlirləri 13,6 milyard dollara çatıb. Bu, SIPRI Top 100-də İsrail şirkətləri tərəfindən qeydə alınan ən yüksək göstəricidir.
Bu ilin əvvəlində SIPRI 2023-cü ildə qlobal hərbi xərclərin 7 faiz artacağını bildirmişdi. Bu, 2009-cu ildən bəri ən böyük illik artım olub.
Siyahıda yer alan rus qrupları, o cümlədən dövlətə məxsus Rostec, ən çox - 40 faiz artaraq 26 milyard dollara çatdı.
Dünyanın 100 ən yaxşı müdafiə avadanlığı istehsalçısı siyahısına Türkiyədən üç şirkət daxil olub.
2022-ci ildə siyahıda 62-ci olan Aselsan 54-cü, 79-cu olan Baykar 69-cu, 88-ci olan TUSAŞ isə 78-ci yerə yüksəldi.
Türkiyədə yerləşən üç şirkətin silah satış gəlirləri 2023-cü ildə 24% artaraq 6 milyard dollara çatıb.