Elm və Texnologiya

"Samsung" ən böyük təqdimatını keçirəcək - 2 YENİ MODEL SATIŞA ÇIXIR

Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung", "Galaxy" seriyasının 10-cu ili şərəfinə yeni "Unpacked" tədbirini Fevralın 20-də San-Fransiskoda keçirəcəyini açıqlamışdı. Bu tədbirdə, uzun zamandır maraqla gözlənən "Galaxy S10" və "Galaxy S10 Plus" telefonlarının təqdim ediləcəyi gözlənilir. 

Bugünkü təqdimatın "Samsung"un reallaşdıracağı ən böyük təqdimatlardan biri olması gözlənilir.

Yeni təqdim ediləcək modellər haqqında ictimaiyyəti bu ana qədər bir çox məlumat sızdırılıb. "Samsung"un yeni "Galaxy 10" və "S10 Plus" modelləri haqqında daha doğru məlumatlar bu gün məlum olacaqdır.

Tədbirdə münasib qiymətli "S10e", böyük ekranlı "S10 X" və qatlana bilən "Galaxy F" modellərinin də təqdim ediləcəyi gözlənilir.

Tədbir Bakı vaxtı ilə saatı ilə 23:00-da başlayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)