“Gənclik”də avtobusların girişi məhdudlaşdırıldı

Sabah Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutaçaq oyunla əlaqədar “Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb.
ENA.az bu barədə Azərbaycan Yersüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, 13 müntəzəm marşrut üzrə 160-a yaxın avtobusun dayanacaq yeri “Gənclik Mall”un qarşısındakı məntəqədən təşkil edilib.
Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin ediləcək.