Azərbaycanın bank sektoru üzərinə 2 milyard manatlıq öhdəlik götürüb - NƏ ÜÇÜN?
Azərbaycanın bank sektorunun iqlim dəyişikliyi ilə bağlı üzərinə götürdüyü 2 milyard manatlıq öhdəliyin icrası zamanı hökumətin strateji baxışına uyğun olaraq ev təsərrüfatlarının, kiçik və orta sahibkarların maliyyələşdirilməsi prioritet olacaq.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
"Banklarımızın ayıracağı həmin vəsait iqtisadiyyatımızın dayanıqlı inkişafını dəstəkləməklə "yaşıl iqtisadiyyat"a keçidin sürətləndirilməsində mühüm rol oynayacaq", - deyə o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, COP29 uğurlu olub, Azərbaycan iqlim maliyyələşməsində tarixi nəticə əldə edib, 2035-ci ilə qədər iqlim maliyyələşdirilməsi üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları vəsait ayırması məqsədi ilə kollektiv öhdəlik müəyyən edilib.