Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verdi
Azərbaycan Mərkəzi Bankı ‘Money Shop’ Məhdud Məsuliyyətli Cəmiyyətinə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verib
ENA.az xəbər verir ki, bu barədə AMB-nin reyestrində bildirilir.
Bununla da lisenziyalı “exhcange”lərin sayı 6-ya yüksəlib. Bun qədər, ‘Eliko’, ‘Delta Capital’, ‘Zuhur’, ‘Bakı Mərkəzi Valyuta’ və ‘Meta-Kapital’ MMC-lərlə lisenziya verilmişdi.
Xatırladaq ki, ‘Money Shop’ 2024-cü ildə dövlət qeydiyyatına alınıb və şirkətin nizamnamə kapitalı 660 min manatdır.