COP29 zamanı rayon qeydiyyatında olanlar Bakıya gələ biləcək?
Rayon qeydiyyatında olan vətəndaşların Bakı şəhərinə buraxılmasında hər hansı məhdudiyyətlər nəzərdə tutulmayıb.
ENA.az xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.
NİİM rəhbəri qeyd edib ki, təşkil olunacaq postlar nəqliyyat vasitələrinin bir-bir saxlanılıb yoxlanılması üçün nəzərdə tutulmayıb:
“Sadəcə, tədbir keçirilən ərəfədə bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq. Postlar sadəcə, tədbirin gedişatında avtomobillərin hərəkətinin sayının azadılması üçün nəzərdə tutulub. Həmin zaman sürücüyə alternativ yol təklif olunacaq. Yox, əgər o, özünün nəzərdə tutduğu yoldan getməklə bağlı fikrini dəyişirmirsə, o zaman postdan fasilərlərlə buraxılacaq”.